Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Premyer Liqanın VI turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın VI turunun “Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra “Neftçi” klubunun 19 №-li futbolçusu Rauf Əliyev azarkeş ilə münaqişəyə girdiyinə görə futbolçuya ciddi xəbardarlıq olunur.
"Qəbələ" klubuna azarkeşlərinin davranışına görə kluba ciddi xəbardarlıq olunur.
Bu hallar yenidən təkrarlanacağı təqdirdə ciddi sanksiyalar tətbiq olunacaq.