"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.
Sportal.az xəbər verir ki, Çempionlar Liqasında çıxış edəcək “qırmızı-qaralar” I mərhələdə Kiprin APOEL klubu ilə qarşılaşıb.
Nikosiyanın “Makarion” stadionunda baş tutan oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Cütün cavab oyunu oktyabrın 23-ü Qəbələdə keçiriləcək.
UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, ilk oyun
2 oktyabr
18:00. APOEL (Kipr) – “Qəbələ” - 1:1
Qollar: Qavriel Stavros, 48 - Təbriz İsazadə, 9
Baş hakim: Furkat Atacanov
Baş hakimin köməkçiləri: Denis Labaşyov, Sergey Kalaçyov (hamısı Qazaxıstan)
UEFA nümayəndəsi: Vasko Doyçinovski (Şimali Makedoniya)
Hakim-inspektor: Xristos Nikolaidis (Kipr)
Nikosiya. “Makarion” stadionu.
APOEL (4-3-3): 1. Teoduilidis Georgios, 2. Giorgos Pitsillides, 3. Konstantinos Vrontis, 4. Marios Kazakeos (k), 8. Yannis Satsias, İonnis Haciyiannis, 10. Nikolas Demetriu, 11. Stavros Qavriel, 17. Miltiaidis Hacipanayiotu, 21. Giorgos Teodosiu, 25. Lukas Kaloqiru;
Ehtiyat oyunçular: 18. Stelios Karapatakis, 5. Georgios Papatanasiu, 6. Arsenios Dimitriu, 12. Andreas İoannou, 15. Nikolos Poxozuris, 19. Paraskevas Orfanidis, 20. Nikolas Neokleous;
Baş məşqçi: Evangelos Samios.
"Qəbələ" (4-5-1): 1. Müşfiq Nadirov, 2. Rüstəm Nuruyev (k), 3. Rüfət Əhmədov, 4. Vüsal Məsimov, 5. İdris İnqilablı, 7. Nicat Oruclu, 8. Veysəl Rzayev, 9. Əli Mursalov, 10. Təbriz İsazadə, 14. Xəyal Muradov, 17. Məhəmməd Məhərrəmov;
Ehtiyat oyunçular: 12. Əmrah Məmmədli, 6. Fərid İskəndərov, 11. Samir Məhərrəmli, 15. Nemət Şıxkərimov, 16. Rauf Məhərrəmov, 18. Emil Səfərov;
Baş məşqçi: Famil Xəlilov.
saytlarin hazirlanmasi