Ümit Özat: "Sabah"la ciddi danışıqlarımız oldu"

13:13 - 2 Oktyabr 2019

"Sabah"ın baş məşqçisi olacağı iddia edilən türkiyəli mütəxəssis Ümit Özat açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "Radyospor"a danışan 24 yaşlı mütəxəssis paytaxt təmsilçisi ilə danışıq apardığını təsdiqləyib:

 

"Azərbaycanın "Sabah" klubu ilə ciddi danışıqlarımız oldu. Bizim də özümüzə görə gözləntilərimiz var. "Sabah"ın oyunlarını izləmişəm. Ölkə xaricində işlər bir gün ərzində olmur. Türkiyə deyil ki, həmin andaca hər şey həll edilsin. "Sabah"la ötən həftə danışıqlarımız oldu. Düzgün seçim etmək lazımdı. Azərbaycanın düzgün bir ölkə olduğunu düşünürəm".

 

Türkiyəli mütəxəssis karyerası ərzində "Ankaragücü", "Manisaspor", "Elazığspor", "Boluspor", "Samsunspor", "Mersin İdmanyurdu", "Gənclərbirliyi", "Giresunspor" və "Adana Dəmirspor"u çalışdırıb.

Xəbər xətti