Dani Kintana: "İndiki "Düdelanj" tam başqa komandadır"

23:14 - 2 Oktyabr 2019

"Qarabağ"ın futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Düdelanj"la səfər oyunu öncəsi keçirilən mətbuat konfransında fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu "Düdelanj"ın təcrübəli komandaya çevrildiyini deyib:

 

"Bu rəqiblə 4 il əvvəl qarşılaşmışıq. Amma indiki "Düdelanj" tam başqa komandadır, yetəri qədər təcrübələri var, tamamilə fərqli oyun olacaq. Sabahkı oyunda maksimum diqqətli olmalıyıq".

Xəbər xətti