"Qarabağ" "Düdelanj"a böyük hesabla qalib gəldi - YENİLƏNİB

01:16 - 4 Oktyabr 2019

Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Lüksemburqun “Düdelanj” klubunun qonağı olub və 4:1 hesablı qələbə qazanıb.

 

Qrupun digər oyununda "Sevilya" APOEL-i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

 

Avropa Liqası, A qrupu, II tur

3 oktyabr

 

23:00. "Düdelanj" - "Qarabağ" - 1:4

Qollar: Antuan Bernye, 90 - Abdullah Zubir, 11, Miçel, 30, Riçard Almeyda, 37 (pen.), Dani Kintana, 69
Qırmızı vərəqə: Mikael Qaros, 62 ("Düdelanj")

Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).
Lüksemburq. “Jozi Bartel” stadionu.
 
23:00. "Sevilya" (İspaniya) - APOEL (Kipr) - 1:0

Qol: Xavyer Çiçarito Ernandes, 17

 

             

 

Xəbər xətti