SON DƏQİQƏ: UEFA qərar verdi

23:45 - 3 Oktyabr 2019

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Lüksemburqda "Düdelanj"la qarşılaşır.

 

Sportal.az xəbər verir ki, matçın 30-cu dəqiqəsində "Qarabağ"ın vurduğu qoldan sonra xoşagəlməz hadisə baş verib. Üzərində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı asılmış dron uçmağa başlayıb.

 

Hakim oyunu bu səbəbdən yarımçıq dayandırıb. 15 dəqiqə oyunda fasilə yaranıb.

 

UEFA nümayəndəsi klub rəsmiləri ilə iclas keçirib.

 

 

Bir qədər sonra meydan sahibi tərəf bu təxribata görə üzr istəyib. Stadionda hər iki dildə bununla bağlı anons edilib. Ardınca UEFA matç davam etdirilməsi ilə bağlı qərar verib.

 

 

Xəbər xətti