Həmin erməni - ARAŞDIRMA

12:01 - 4 Oktyabr 2019

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Lüksemburqda "Düdelanj"la qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib

 

Matçın 31-ci dəqiqəsində dron vasitəsilə stadiona Qondarma Dağlıq Qarabağ rejiminin bayrağı buraxılıb. Bundan sonra 20-25 dəqiqəlik fasilə yaranıb.

 

Sportal.az-ın araşdırmasına görə, məsuliyyəti "Ultra-qrup birinci Ermənistan cəbhəsi" üzərinə götürüb. Dəstənin başçısı Spartak ləqəbli Artur Zakaryandır. O, Azərbaycanın işğal altında olan Şuşa rayonundandır.

 

Qrupdakı digər şəxslərdən birinin adı isə Sergey Yanyoyandır.

 

Spartak "Qarabağ"ın oyunlarında ilk dəfə təxribata əl atmır. Erməni azarkeş ötən mövsüm "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Londonda "Arsenal"la keçirilmiş matçda da təxribat törətmişdi.

 

Image result for arsenal armenia flag

 

O, 1993-cü ildə öldürülmüş terrorçu Monte Melkonyanın şəkli olan köynəkdə qondarma “Dağlıq Qarabağın” bayrağı ilə meydana çıxmışdı. Spartak 1993-cü ildə qətlə yetirilən terrorçunun ölümünə işarə vuraraq, 93-cü dəqiqədə meydana daxil olmuşdu.

 

Təxribata görə, onun "Arsenal"ın stadiona girişi ömürlük qadağandır.

 

Image result for dudelange qarabag flag

Xəbər xətti