Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" oyununda baş verənlər bütün dünya mətbuatının gündəmini zəbt edib.
Sportal.az xəbər verir ki, bir çox ölkənin nüfuzlu KİV-i erməni təxribatını qınayıb.
İspaniya, Böyük Britaniya, Almaniya, Türkiyə və Cəubi Amerika ölkələrinin mətbuatı UEFA-nın turnirlərində təhlükəsizliyin böyük önəm daşıdığını və siyasətin idmana qarışmasına imkan verilməməsini vurğulayıb.
İspaniyanın "Marca" nəşri Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu yazıb və 30 ildən çox işağlda olduğunu qeyd edib.
Maraqlıdır ki, Kipr mətbuatı da cılız addım atan erməniləri qınayıb: "Qarabağ" möhtəşəm qələbə ilə qondarma bayrağı tarlaya göndərdi".
Dünənki görüşün 31-ci dəqiqəsində "Qarabağ"ın vurduğu ikinci qoldan sonra separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydanın məkəzinə gətirilib. Görüş 20 dəqiqə dayandırılıb. Oyun "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdan sonra "ultraqrup birinci Ermənistan cəbhəsi" məsuliyyəti üzərinə götürüb.
saytlarin hazirlanmasi