Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda "Düdelanj"ı 4:1 hesabı ilə məğlub edən "Qarabağ"ın ispaniyalı futbolçusu Dani Kintana "Marca"ya açıqlama verib.
Sportal.az xəbər verir ki, oyunda 1 qol, 1 assistlə yadda qalan ispaniyalı futbolçu erməni təxribatından danışıb:
"Keçən il "Arsenal"la Londondakı oyunda da bir azarkeş bu bayraqla meydana daxil olmuşdu. Düzdür, onda oyun uzun müddət dayanmadı, amma təxribat oldu. Məncə, belə hallara fikir verməməliyik, baş məşqçimiz də belə deyir.
Bəzi futbolçularımız üçün bunun çətin olduğunu anlayıram. Məsələ onlara çox yaxındır, çünki ailə üzvlərini itiriblər, ya da evlərini tərk etmək məcburiyyətində qalıblar. Qarabağın münaqişə bölgəsi olduğunu unutmamalıyıq. Təxribatlara nə qədər önəm verməsək, bir o qədər az olacaq".
Hakim dedi ki, bayraq yenidən gəlsə, buna əhəmiyyət vermədən oyununuza davam edin. Belə şeylərin növbəti görüşlərdə də ola biləcəyi də deyildi. Kiprdə APOEL-lə qarşılaşacağıq. Orada çoxlu erməni yaşadığı üçün buna bənzər hadisələrin ola biləcəyini bildirdilər. Bu hadisələrin davam etməsi utancvericidir".
saytlarin hazirlanmasi