"Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuk "moldfootball"a açıqlamasında Moldova millisinin düşərgəsini özbaşına tərk etməsinin səbəbini açıqlayıb.
Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu ukraynalı baş məşqçi Semyon Altmana görə millinin düşərgəsini tərk etdiyini deyib:
"Milli komandada oynamaqdan imtina etməmişəm, sadəcə, orada olmağın indi bir mənası olduğunu görmürəm. Baş məşqçi hansı mövqeydə oynadığımı bilmir. Məndən soruşur ki, hansı mövqeydə çıxış edirsən? Hansı komandada oynadığımı, necə çıxış etdiyimi bilmir. Hansı rəqabətdən bəhs edirsiniz? Ədalətli qərarlar olsa, milli komandada oynamaq istəyərəm. Bunun üçün sağlam rəqabət olmalıdır. Əziyyətimi qiymətləndirməlidirlər. Necə oynadığımı görməzdən gəlməsinlər və rəqabətdə uduzduğumu söyləməsinlər. Belə şeyi daha öncə görməmişdim".
Koçuk ötən toplanışdaTürkiyə ilə oyunda meydana çıxmadığı üçün Moldova millisinin heyətini tərk etmişdi.
saytlarin hazirlanmasi