Ötən mövsüm “Sumqayıt”ın heyətində sərgilədiyi oyunla yığma komandaya da dəvət alan Aleksey İsayev hələ də komandanın düşərgəsinə qayıtmayıb.
Sportal.az xəbər verir ki, başqa kluba keçəcəyi iddia edilən 23 yaşlı yarımmüdafiəçi "Sumqayıt"da qaldı. Buna baxmayaraq, futbolçu komandaya qayıtmır.
"Gənclik şəhəri" təmsilçisi müqavilə şərtlərinə əməl etməyən oyunçunu FIFA-ya şikayət edib. Klub prezidenti Riad Rəfiyev Premyer Liqanın 7-ci turunda "Keşlə" ilə oyundan (0:0) sonra bu barədə məlumat verib: "Alekseyin bizimlə müqaviləsi var. Əgər hansısa klubla müqavilə imzalamaq istəyirsə, "Sumqayıt"a pul ödəməlidir. Əks halda öz klubuna qayıtmalıdır. Buna görə FIFA-ya şikayət etmişik".
“Yenisey”in yetirməsi ötən mövsüm "Sumqayıt"da 31 oyun keçirib.
saytlarin hazirlanmasi