Donald Gerye: “Qarabağ” mənim üçün darıxır” - MÜSAHİBƏ

21:56 - 5 Oktyabr 2019

“Neftçi”nin futbolçusu Donald Gerye Premyer Liqanın 7-ci turunda “Səbail”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra müsahibə verib.
 
Sportal.az xəbər verir ki, haitili futbolçu uğursuzluq zolağından çıxdıqlarını deyib:
 
- Formaya düşməyin yeganə yolu çox çalışmaqdır. Bunu son müsahibəmdə də demişdim. Çox çalışdıq və bu gün nəticəni gördünüz.
 
- Komandanın oyunundan razı qaldınız?
- Təbii ki, biz qalib gəldik. Narazı ola bilmərəm. Əgər heç-heçə etmiş olsaydıq, xoşbəxt olmazdıq. Qələbə qazandıq və buna görə meydana çıxmışdıq.
 
- “Qarabağ” üçün darıxmırsan?
- Məncə, “Qarabağ” mənim üçün darıxır.
 
- “Qarabağ”ın oyunlarını izləyirsən?
- Əlbəttə. Mən bu klubda oynamışam. Avropadakı oyunlarını izləyirəm.
 
- “Neftçi” qol burxadıqdan sonra müdafiədə oturdu. Bu komandanın öz meydanında müdafiəyə çəkilməsi nə deməkdir?
- Mən deməzdim ki qorxurduq. Biz də insanıq, yorula bilərik. Sona qədər vuruşduq, layiqli qələbə qazandıq.

Xəbər xətti