Avropa Liqasında qrup mərhələsinin III tur oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Sportal.az xəbər verir ki, APOEL-lə heç-heçə edən (2:2) “Qarabağ” Azərbaycanın hesabına daha 0,125 xal əlavə edib. Bununla da, cari mövsüm üçün qazancı 3,125 olan ölkəmizin ümumi xalı 18,500-ə çatıb. Ancaq bu, irəliləyiş üçün kifayət etməyib. Azərbaycan əvvəlki kimi 26-cı sırada qərarlaşıb.
25-ci yerdəki Qazaxıstanla fərq isə bir qədər də azalıb. Bu ölkənin turnirdəki təmsilçisi “Astana”nın xal əldə edə bilməməsi fərqin 0,250-yə qədər düşməsinə səbəb olub. 24-cü pillədəki Belarus da çox uzaqda deyil. Avrokuboklarda heç bir klubu qalmayan bu ölkədən cəmi 0,375 xal geri qalırıq.
Azərbaycanı Qazaxıstandan 1 qələbə, Belarusdan isə 1 qələbə və 1 heç-heçə ayırır.
saytlarin hazirlanmasi