“Qarabağ”ın iki futbolçusu Avropa Liqasının rəmzi heyətində – FOTO

12:16 - 25 Oktyabr 2019

UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turun rəmzi komandası müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, simvolik 11-likdə “Qarabağ”ın iki futbolçusu yer alıb. Ağdam klubunun yarımmüdafiəçisi Dani Kintana və braziliyalı müdafiəçisi Ailton Silva rəmzi heyətə düşüb.

 

Hər iki futbolçu APOEL-lə oyunda qol vurub. Dani həm də məhsuldar ötürmə edib.

 

Dani Kintana ötən tur da rəmzi heyətdə idi.

 

Xəbər xətti