Uels millisində daha bir itki: Bakıya gətirilməyəcək

12:23 - 28 Oktyabr 2019

Azərvaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində rəqibi olan Uels yığması daha bir itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, "Suonsi Siti"nin müdafiəçisi Co Rodan zədələnib. 22 yaşlı futbolçu Çempionşipin XIII turunda "Brentford"la qarşılaşmada xəsarət alıb. 

 

Tibbi müayinədən sonra onun 2 ay meydana çıxa bilməyəcəyi məlum olub. Bu isə o deməkdi ki, Rodan AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla keçiriləcək oyunlarda iştirak etməyəcək.

 

Daha əvvəl yarımmüdafiəçi Conni Uilyamsın da zədə zəbəbindən millimizlə matçı buraxacağı açıqlanmışdı. Co Allen isə cəzalı olduğu üçün Bakıdakı oyunda iştirak etməyəcək.

 

Noyabrın 16-da Bakıda Azərbaycanın qonağı olacaq Uels bundan üç gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.

Xəbər xətti