UEFA Bolqarıstan Futbol İttifaqını cəzalandırıb.
Sportal.az qurumun saytına istinadən xəbər verir ki, buna Bolqarıstan millisinin AÇ-2020-nin seçmə mərhələsində evdə İngiltərəyə uduzduğu oyunda (0:6) yerli azarkeşlərin irqçi davranışları səbəb olub.
Fanatların bu hərəkətinə görə yığmaya 2 oyunu boş tribunalar qarşısında keçirəcək. Bundan əlavə, federasiya 75 min avro cərimə edilib.
Bu oyunlardan biri şərtidir. Qarşıdakı 5 il ərzində bolqar fanatlar yenə irqçilik nümayiş etdirsələr, həmin şərti cəza tədbiq olunacaq.
saytlarin hazirlanmasi