AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub.
Aparılan müzakirələrdən sonra I Divizionun VIII turunda baş verəblərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Ağsu” – “Sumqayıt-2” matçının 90+6-cı dəqiqəsində qonaq komandanın futbolçusu Cavid Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunb.
“Sabah-2” – “Keşlə-2” matçında ikincilərin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Zaqatala” – “Kəpəz” matçında gəncəlilərin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib. Oyunun 71-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Ayxan Quluzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib. Qarşılaşmanın 90-cı dəqiqəsində “Zaqatala”nın futbolçusu Səid İbadov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
“Zirə-2” – “Neftçi-2” matçının 90+4-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Elçin Bayramov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
saytlarin hazirlanmasi