Prosineçki Beqoviçə yenə dəvət yollamadı

16:46 - 31 Oktyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində İtaliya və Lixtenşteynlə oyunlar üçün Bosniya və Herseqovina millisinin heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın qolkiperi Asmir Beqoviçə dəvət yollamayıb. Xorvatiyalı mütəxəssis “Ərzurumspor”da çıxış edən "Qarabağ"ın sabiq üzvü İbrahim Şehiçi, “Maribor”dan Kenan Piriçi və “Hapoel”dən (Hayfa) Jasmin Buriçi yığmaya çağırıb.

 

Prosineçki daha öncə Beqoviçin "Qarabağ"da oynayacağı halda, milliyə dəvət alacağını demişdi. 32 yaşlı qolkiper Ağdam klubunda mütəmadi oynasa da, bu dəfə də yığmaya çağırılmadı.

 

"Bornmut"a məxsus olan Beqoviçin "Qarabağ"la müqaviləsi ilin sonuna qədərdir.

Xəbər xətti