Prosineçki Beqoviçi yığmaya dəvət etməməsinin səbəbini açıqladı

17:50 - 31 Oktyabr 2019

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki AÇ-2020-nin seçmə mərhələsinin İtaliya və Lixtenşteynlə oyunlar üçün "Qarabağ"ın qapıçısı Asmir Beqoviçə dəvət yollamadı.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis qərarını izah edib:

 

"Beqoviçi yığmaya dəvət etməyi düşünürdüm. O, Avropa Liqasında yaxşı çıxış edən "Qarabağ"a keçdi. Yığmada ona da yer olacaq. Beqoviç və digər futbolçular kənarda qalsa da, o demək deyil ki, daha yığmaya dəvət almayacaqlar. Sadəcə, onlar hazırda 25 nəfərlik heyətə düşməyə tam hazır deyillər".

 

Prosineçki “Ərzurumspor”da çıxış edən "Qarabağ"ın sabiq üzvü İbrahim Şehiçi, “Maribor”dan Kenan Piriçi və “Hapoel”dən (Hayfa) Jasmin Buriçi yığmaya çağırıb.

 

Xəbər xətti