Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda baş tutacaq APOEL (Kipr) - “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfransının vaxtı müəyyənləşib.
Sportal.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov noyabrın 6-sı saat 19:15-da (Bakı vaxtı ilə 21:15) matçın keçirləcəyi GSP stadionunda media mənsublarının önünə çıxacaq.
Komandanın son məşqi isə saat 19:30-da (Bakı vaxtı ilə 21:30) baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat üçün açıq olacaq.
APOEL-in baş məşqçisi Tomas Dollun mətbuat konfransı saat 17:00-da (Bakı vaxtı ilə 19:00) başlayacaq. 18:00-da (Bakı vaxtı ilə 20:00) Nikosiya klubunun futbolçuları GSP stadionunda oyun öncəsi son məşqə çıxacaq.
APOEL – “Qarabağ” oyunu noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də baş tutacaq.
saytlarin hazirlanmasi