"Həyatımın ən unudulmaz günüdür" - Qara Qarayev

22:22 - 27 Sentyabr 2020

"Qarabağ"ın futbolçusu Qara Qarayev Füzulinin Horadiz kəndinin işğaldan azad olunması ilə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bunu həyatının ən unudulmaz günü adlandırıb:

 

"Bu, həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm. Həsrətində olduğum torpaqlara ayaq basacağım günü səbirsizliklə gözləyirəm. İnanıram ki, bu son deyil. Tezlikdə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri!"

 

Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən – 1993-cü ildə işğal edilib.

Xəbər xətti