Türkiyəli mütəxəssis Mustafa Dənizlinin yeni iş yeri bəlli olub.
Sportal.az xəbər verir ki, 71 yaşlı çalışdırıcı “Altay”ın baş məşqçisi təyin edilib. Liqa 1 təmsilçisi müqavilə şərtləri barədə məlumat verməyib.
Komanda 1-ci liqada 32 turdan sonra topladığı 57 xalla 5-ci sıradadır.
Dənizli 2013/14 mövsümündə “Xəzər Lənkəran”ı çalışdırıb. O, son olaraq İran yüksək liqasında çıxış edən Cənubi Azərbaycanın “Traktor” komandasının baş məşqçisi olub.
saytlarin hazirlanmasi