Giqqz məhkəmə qarşısına çıxdı

01:01 - 29 Aprel 2021

İki qadını zorlamaqda təqsirləndirilən Uels millisinin baş məşqçisi Rayan Giqqz məhkəmə qarşısına çıxıb. 

 

Sportal.az xəbər verir ki, Mançesterdə keçirilən məhkəmədə uelsli mütəxəssis ittihamları qəbul etməyərək günahsız olduğunu deyib. 

 

Məhkəmənin növbəti prosesi mayın 26-da keçiriləcək. 

 

Ötən ilin noyabr ayında Giqqzin Vorslidəki evində indisent yaşanıb. O, keçmiş rəfiqəsi Keyt Qrevvilə və 20 yaşlı digər xanıma bədən xəsarətləri yetirməkdə günahlandırılır.

 

Giqqz bu qalmaqal səbəbindən Uels millisi ilə Avropa çempionatına yollanmayacaq.

Xəbər xətti