"Keşlə" və "Sumqayıt" finalda - YENİLƏNİB

22:40 - 29 Aprel 2021

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Sumqayıt"ı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçın əsas vaxtında hesab açılmayıb. İlk oyun da qolsuz başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə 30 dəqiqədə də qol vurulmadığı üçün qalib penaltilərdə müəyyənləşib. Burada daha dəqiq oynayan "Sumqayıt" finala yüksəlib.

 

Digər oyunda isə "Zirə" ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi "Keşlə"ni qəbul edib. Görüşün əsas vaxtında qonaqlar 2:1 hesabı ilə qalib gəlib. Bu səbəbdən matçda əlavə vaxt oynanılıb. Əlavə vaxtda komandalar hərəyə 1 dəfə fərqləniblər. 3:2 hesabı ilə qalib gələn "Keşlə" finala yüksəlib. 

 

"Sumqayıt" - "Keşlə" finalı mayın 24-ü baş tutacaq.

 

Azərbaycan Kuboku, yarımfinal
Cavab oyunları

17:00. "Qarabağ” – "Sumqayıt” - 0:0 (pen. 4:5)
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu.
İlk oyun - 0:0

 

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 6. Patrik Andrade, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev

Baş məşqçi: Qurban Qurbanov

 

“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 21. Cabir Əmirli, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 97. Xəyal Nəcəfov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

 

20:00. "Zirə” – "Keşlə” - 2:3

Qollar: Şəhriyar Əliyev, 48 (avtoqol), Klesio Bauk, 112 - Sezar Meza Kolli, 66, 90+1 (pen.), 92
Qırmızı vərəqə: Lazar Corceviç, 88 (pen.)

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu.
İlk oyun - 2:1

 

“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 21. Hacıağa Hacılı, 29. Musa Qurbanlı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 14. Fakundo Melivilo, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov
Baş məşqçi: Rəşad Sadıqov

 

“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 10. Sezar Meza Kolli, 91. Sadio Tonkara, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 21. Miyusko Boyoviç, 11. Silvio Rodriqes, 9. Anatole Abanq, 22. Elçin Mustafayev, 71. Emin Quliyev, 79. Bahadur Həziyev, 44. Sərcan Omarov, 65. Mehdi Tahirov
Baş məşqçi: Sənan Qurbanov

Xəbər xətti