Gürcüstan çempionatında 11-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, İbrahim Qədirzadənin formasını geyindiyi "Samtrediya” səfərdə "Dila Qori” ilə qarşılaşıb. Qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
21 yaşlı yarımmüdafiəçi 69-cu dəqiqədə meydana daxil olub.
"Samtrediya” 8 xalla 10 komanda arasında 8-cidir.