De Byazi: "Super Liqa UEFA və FIFA-ya qarşı çevriliş cəhdi idi"

14:55 - 29 Aprel 2021

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avropa Super Liqası barədə fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis "Radio 1"ə açıqlamasında bu ideyanın UEFA və FIFA-ya qarşı çevriliş cəhdi olduğunu söyləyib:

 

"Müxtəlif şirkətlərin pozulan maliyyə balansını düzəltmək üçün yeni iqtisadi mənbələr tapmaq istəməsi bizi təəssüfləndirir. Super Liqa elit futbol kimi təqdim edildi, ancaq onun elitliyi yalnız üzdə idi. Bu, UEFA və FIFA-ya qarşı çevriliş cəhdi idi. Fikrimcə, həyatda yalnız fədakarlıq və qətiyyətlə uzağa gedə bilərsiniz. Buna görə də mənim üçün idmandakı meritokratiya vacibdi".

 

Aprelin 19-da "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" Superliqa yaratdıqlarını elan etmişdi. Turnirin yaradıcılarından yalnız “Real” və “Barselona” geri addım atmayıb.

Xəbər xətti