Bolqarıstan millisinin keçmiş üzvü Dimitar Berbatov ölkə federasiyasının prezidenti olmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, o, Bolqarıstan Futbol Federasiyasının prezident seçkisinə qatılacağını bildirib. Seçki iyunun 25-də Sofiyada keçiriləcək.
Bolqarıstan millisinin ən yaxşı bombardiri (48 qol) olan Berbatov peşəkar futbolçu karyerasını 2019-cu ildə başa vurub. 40 yaşlı veteran hücumçu "Bayer", "Tottenhem", "Mançester Yunayted", "Fulhem", "Monako", PAOK kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi