Azərbaycan Premyer Liqasında növbəti mövsüm 10 klubun mübarizə aparacağı gözlənilsə də, planın baş tutmaq ehtimalı elə də çox deyil.
Sportal.az xəbər verir ki, koronavirus pandemiyasına görə yaranan maliyyə problemlərinə görə, çempionatda yenə də 8 klubun iştirakı gözlənilir.
Əvəzində isə bu mövsüm Premyer Liqada son pilləni tutan komanda diviziona göndərilə bilər. Bu barədə AFFA klublara xəbərdarlıq edib.
Belə olacağı halda isə Premyer Liqaya diviziondan bir klub yüksələcək. "Turan Tovuz"un elitaya qalxmaq ehtimalı daha çoxdur.
saytlarin hazirlanmasi