Kiprin "Apollon" klubunun müdafiəçisi Donald Gerye "Qarabağ"da çıxış etdiyi vaxtda avrokuboklardakı oyunları haqda danışıb.
Sportal.az xəbər verir ki, haitili cinah futbolçusu "Kerkida" nəşrinə müsahibəsində Avropa Liqasının qrup mərhələsində "Sportinq"lə səfər matçı barədə danışıb:
"Həmin görüşdə Luiş Nani Maksim Medvedevin cinahında istədiyini edirdi. Nani cinahını dəyişdikdən sonra əvvəlki kimi rahat ola bilmədi. Çünki mən onu yaxşı zərərsizləşdirdim. İkili mübarizələrdə isə onu məğlub edirdim. O, matçdan sonra məni İnstaqramda təbrik etdi".
Gerye "Çelsi" ilə Çempionlar Liqası matçında zəif oynadığını deyib: "Bu görüşdə Eden Hazard məni sanki öldürmüşdü. Mən heç cür onunla bacara bilmirdim. "Sportinq"lə digər oyundan bir həftə əvvəl isə baş məşqçimiz Rafinyanın sürətini qeyd edərək bizə xəbərdarlıq etmişdi. Mən dedim ki, onu yaxşı tanıyıram. Görüş zamanı isə onu "cibimə" qoymuşdum (gülür)".
saytlarin hazirlanmasi