“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Ağdam klubunun heyətində çempionatda 50-ci oyununu keçirib.
Sportal.az xəbər verir ki, bu, Premyer Liqanın XXV turunun “Zirə” ilə görüşündə reallaşıb. 1:1 hesabı ilə başa çatan görüşdə zədələnərək əvəzlənən qolkiper komandasının formasında yubiley görüşünün iştirakçısı olub.
Ağdam klubunda 2015/16 mövsümündə debüt edən Məhəmmədliyev 50 matçda 27 top buraxıb. O, klub tarixinə çempionatda 50 və ya daha çox oyun keçirən 62-ci futbolçu kimi düşüb.
Şahruddin qapıçılar arasında buna nail olan 5-ci əlcək sahibidir. Qolkiperlər arasında rekordçu Fərhad Vəliyevdir – 135 oyun. Camaləddin Əliyev 134, İbrahim Sehiç 119, Namiq Bəşirov 55 dəfə şans qazanıb.
saytlarin hazirlanmasi