"Fənərbaxça"nın yarımmüdafiəçisi Ozan Tufan karyerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, Türkiyə millisinin üzvü ilə "Kristal Pelas" maraqlanır. Premyer Liqa klubunun mövsümün sonunda İstanbul təmsilçisinə təklif göndərəcəyi gözlənilir. Məlumata görə, londonlular 26 yaşlı futbolçunun 20 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə hazırdır.
Ozan Tufan bu mövsüm Super Liqada keçirdiyi 34 oyunda 5 qol vurub, 9 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi