Türkiyə Super Liqasında yeni mövsümün oyunlarına azarkeşlər də buraxılacaq.
Sportal.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. O bildirib ki, yeni mövsüm qarşılaşmalara məhdud sayda azarkeş buraxılacaq.
Türkiyə Super Liqasında ötən mövsümün oyunları koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilib.
saytlarin hazirlanmasi