"Qarabağ" Bundesliqa klubu ilə qarşıalşacaq

11:21 - 3 İyul 2021

Avstriya toplanışında "Qarabağ"ın üçüncü rəqibi məlum olub.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi iyulun 15-i Almaniya Bundesliqa təmsilçisi "Auqsburq"la qarşılaşacaq. Oyunun başlama saatı barədə daha sonra məlumat veriləcək.

 

"Qarabağ" iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), 11-də isə Rusiya təmsilçisi “Arsenal”la (Tula) yoldaşlıq oyunu keçirəcək.

Xəbər xətti