Mahir Emreli "Legiya"nın heyətində növbəti qollarını vurub.
Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu "Yagelloniya" ilə yoxlama oyununda (2:0) dubl edib. Emreli 11-ci və 22-ci dəqiqələrdə fərqlənib.
Mahir Emreli daha əvvəl Avstriya "Bişofshofen"ini 5:0 yendikləri matçda het-trikə imza atıb. 24 yaşlı forvard Rusiya "Krasnodar"ı ilə bərabərə qaldıqları görüşdə komandasının yeganə qolunun müəllifi olub - 1:1.
saytlarin hazirlanmasi