"Qarabağ" ÇSKA-nı məğlub etdi

21:50 - 7 İyul 2021

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun komandası Bolqarıstanın SSKA klubu ilə qarşılaşıb.  Ağdam təmsilçisi Sofiya təmsilçisinə 1:0 hesabı ilə qalib gəlib.

 

Yeganə qolu 69-cu dəqiqədə Musa Qurbanlı vurub.

Xəbər xətti