"Qarabağ" Avstriyada keçirdiyi ilk yoxlama matçında Bolqarıstanın ÇSKA (Sofiya) klubuna qalib gəlib - 1:0.
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov oyundan sonra Ağdam klubunun "YouTube" kanalına açıqlama verib:
“Maraqlı oyun alındı. Futbolçular bir az çətinlik çəkirdi. Rəqibin artıq 4-cü oyunu idi və hazırlıqları bizdən daha yaxşı səviyyədə idi. Bizim heyətimizdə problemlərimiz var idi. Bəzi futbolçuları qoruduq, bəzilərini meydanda sona qədər saxlaya bulmədik.
Bu oyun mənim üçün çox vacib idi. Ki, ilk oyunda futbolçular sürəti, mübarizəni hiss etsin. Rəqib də tam istədiyimiz kimi komanda idi. İlk hissədə texniki səhvlərimiz çox oldu. Bu da başa düşüləndir. Ümumilikdə oyundan razı qaldım. Sona qədər mübarizə apardıq. Oyunun tempi düşmədi.
Çətinliklərimiz var. Bu oyunda bunlar hiss olundu. Bunları aradan qaldıracağıq. Matçı qələbə ilə bitirmək tam yerinə düşdü”.
saytlarin hazirlanmasi