Azərbayucan milli komandasının futbolçusu Anatoli Nuriyev yeni klubunda debüt edib.
Sportal.az xəbər verir ki, onun şərəfini qoruduğu Ukraynanın "Kolos" klubu "Oleksandriya" ilə yoxlama oyununda üz-üzə gəlib. Matç həmyerlimizin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Nuriyev bu oyunda iştirak edib. O, komandasının 2-ci qolunu (penaltidən) vurub.
Qeyd edək ki, Nuriyev "Kolos"a iyulun 7-də transfer olunub.
saytlarin hazirlanmasi