Bolqarıstanın ÇSKA komandasının futbolçusu İvan Turitsov “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Sportal.az xəbər verir ki, Turitsov, 0:1 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:
“Qarabağ”a şans vermədik. Yaxşı oynadıq, bir neçə qol imkanı yaratdıq. Rəqibi təbrik edirəm. Superkuboka hazırlaşırıq. Bir az daha vaxta ehtiyacımız var, yaxşı olacağıq”.
saytlarin hazirlanmasi