Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin Çempionlar Liqasının I təsnifat mərhələsində Norveç "Bodo Qlimt"i ilə ilk oyunda (3:2) performansı barədə danışıb.
Sportal.az xəbər verir ki, o, millimizin üzvünün dubl etdiyi görüşlə bağlı bunları söyləyib:
"İkinci qol ondan gözlənilən ustalığın nəticəsi idi. Həmişə hücumçunun müdafiə planında çox çalışmasını istəyirəm. Bu baxımdan onun etdikləri bizə kömək oldu. Çünki rəqib topa çox yaxşı sahib idi. Amma bir neçə dəfə olmalı olduğu yerdə deyildi. Bu barədə mütləq danışacağıq və bu məqamları yaxşılaşdırmağa çalışacağıq. Ümumilikdə debütünə gəlincə, ümidverici oldu. Qol vurduğunuz zaman ətrafınızdakı insanlar sizə inanmağa başlayırlar. Bu, hücumçu üçün çox vacibdi".
saytlarin hazirlanmasi