Türkiyənin "Rizəspor" klubu hücum xəttini gücləndirib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Çinin "Dalyan Pro" klubundan ayrılan Salomon Rondonun keçidini həll edib. 31 yaşlı forvard tezliklə Rizəyə gəlib, müqavilə imzalayacaq.
Venesuelalı futbolçu "Rubin", "Zenit", ÇSKA (Moskva), "Vest Bromviç", "Nyukasl" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi