Mesut Özil "Fənərbağça"da qalacaq.
Sportal.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Erkut Söğüt məlumat verib:
"Mesut heç yerə getməyəcək. Hələ iki illik müqaviləsi var və "Fənərbağça"da davam edəcək. 3,5 illik müqavilə imzaladı və bunun 6 ayını da pulsuz oynadı. Qarşılığı belə olmalı deyil".
Əsas komandadan uzaqlaşdırılan Mesut Özilin İstanbul klubunu tərk edəcəyi bildirilir.