Daha bir idmançımız gümüşlə kifayətləndi

22:47 - 30 Mart 2022

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.

Sportal.az xəbər verir ki, 86 kq çəkidə yarışan güləşçi Abubakr Abakarov final görüşünə çıxıb. O, San Marino təmsilçisi Miles Nazim Aminə 5:9 uduzaraq, gümüş medalla kifayətlənib.

​Dünən sərbəst güləşçilərimiz Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb. 

Xəbər xətti