A seriyasında ayın ən yaxşısı məlum oldu

12:10 - 31 Mart 2022

İtaliya A seriyasında mart ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Sportal.az liqanın rəsmi saytına istinadən xəbər verir ki, "Roma"nın hücumçusu Temmi Abraham səsvermədə hamını qabaqlayıb.

İngiltərəli forvard bu ay meydana çıxdığı 3 oyunda 3 qol vurub.

Xəbər xətti