"Real"ın üç futbolçusu "Milan"a keçə bilər

13:49 - 31 Mart 2022

Yayda “Real”ın bir neçə futbolçusu “Milan”a keçə bilər.

Sportal.az “Calciomercato”ya istinadən xəbər verir ki, italiyalılar ilk növbədə Brahim Diasın transfer hüququna yiyələnmək istəyir.

​İspaniyalının transfer qiyməti 22 milyon avrodu. “Rossonyerlər” “Real”ın digər futbolçuları Eden Azar və Luka Yoviçi də yayda heyətinə qatmaq istəyir. Artıq klublar arasında danışıqlar başlayıb. 

 

Xəbər xətti