Millinin sabiq üzvü yetirməsi olduğu klubu çalışdıracaq

14:33 - 31 Mart 2022

Türkiyə millisinin sabiq futbolçusu Tuncay Şanlı Türkiyə 2-ci liqasında yarışan "Sakaryaspor"a baş məşqçi təyin edilib. 

Sportal.az xəbər verir ki, Şanlı 2016-cı ildə də bu kluba baş məşqçi təyin edilmişdi. Bir illik fəaliyyətdən sonra rəhbərlik onunla yollara davam etməmək qərarı almışdı.

Tuncayı  Türkiyə futboluna qazandıran məhz "Sakaryaspor" olub. O, bu klubun yetirməsidi.

Xəbər xətti