Bədavi Hüseynovun durumuna aydınlıq gəldi

14:48 - 31 Mart 2022

"Qarabağ"ın futbolçusu Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.

Sportal.az klubun saytına istinadən xəbər verir ki, aparılmış MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsindən sonra futbolçuda 1-ci dərəcəli əzələ dartılması aşkarlanıb.

Müayinəyə əsasən, Bədavi Hüseynov 10-14 gün məşqlərdən kənar qalacaq.

Xəbər xətti