"Mançester Yunayted"i niderlandlı çalışdıracaq?

15:03 - 31 Mart 2022

Tanınmış futbol adamı Yap Stam "Mançester Yunayted"ə qayıtmaq niyyətindədi.

Sportal.az xəbər verir ki, niderlandlı məşqçi İngiltərə klubunu çalışdırmaq istəyir.

49 yaşlı məşqçi özü bu barədə danışıb: "Mançester Yunayted" məndən komandaya rəhbərlik etməyimi istəsə, şübhəsiz bunu edərdim".

1998-2001-ci illərdə Mançester klubunun futbolçusu olmuş Stam, son dəfə MLS liqasında yarışan "Çinçinnati" klubunu çalışdırıb. 

Xəbər xətti