Rus dili FIFA-nın altı rəsmi dilindən biri seçilib.
Sportal.az xəbər verir ki, bu qərar qurumun Qətərin paytaxtı Dohada keçirilən 72-ci konqresində qəbul edilib.
Federasiyalardan 187-si qərarın lehinə, 4-ü isə əleyhinə səs verib.
Rus dili ilə yanaşı, portuqal və ərəb dilləri də rəsmi dil kimi qəbul edilib.
