"Lion" "Şaxtyor"un futbolçusunu transfer etdi

19:50 - 31 Mart 2022

Fransanın "Lion" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi Ukrayna "Şaxtyor"undan Teteni heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məumat yayıb. Braziliyalı vinger mövsümün sonuna qədər icarə əsasında "Lion"da çıxış edəcək.

 

Ukraynada davam edən müharibə səbəbindən yerli çempionat keçirilmir və legionerlərə mövsümün sonuna qədər başqa kluba keçməyə icazə verilib.

Xəbər xətti