Gənc hücumçu "Mançester Yunayted"in qarşısına şərt qoydu

20:37 - 31 Mart 2022

"Benfika"nın hücumçusu Darvin Nunes karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" 22 yaşlı forvardı heyətinə cəlb etmək istəyir. Lakin uruqvaylı futbolçu "qırmızı şeytanlar"ın təklifini qəbul etmək üçün şərt irəli sürüb. O, "Mançester Yunayted" Çempionlar Liqasında qatılacağı halda təklifi dəyərləndirəcəyini bildirib.

 

İngiltərənin "Tottenhem" və "Arsenal" klubları da Uruqvay millisinin üzvünü transfer etmək üçün yarışır.

 

Qeyd edək ki, Darvin Nunes cari mövsümdə Portuqaliya klubunun heyətində meydana çıxdığı 36 oyunda 26 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Nunesin "Benfika" ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsi var.

Xəbər xətti